Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb
- 07 Sen 2022 16:15
- 420
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova karyerasını başa vurmasının səbəbini açıqlayıb.
Rekord.az xəbər verir ki, 19 yaşlı idmançı "Sport-Express" nəşrinə müsahibəsində bunu ağır zədə alması ilə əlaqələndirib.
O bildirib ki, səhhəti artıq bu idman növü ilə məşğul olmağa imkan vermir.
Qeyd edək ki, Yekaterina Ryabova kiçik yaşlarından Rusiya yığmasında çıxış edib. 2019-cu ilin yanvarında o, Azərbaycan yığmasının heyətinə daxil edilərək, Avropa və dünya çempionatlarına aparılıb. Ryabova 3 il öncə beynəlxalq "Ice Star" turnirinin bürünc mükafatçısı olub.
Fiqurlu konkisürən Pekin-2022 Qış Olimpiya Oyunlarında isə fərdi proqramda 15-ci yeri tutub. (report)