Azərbaycanın futbol tarixindən bilmədiklərimiz
- 03 Apr 2020 15:00
- 851
Bu yazımızda isə daha çox müstəqillik dövrünü özündə əks etdirən bəzi maraqlı məlumatlarla sizi tanış edəcəyik. Keçmiş SSRİ ölkələri müstəqillik əldə etdikdən sonra öz yerli futbol federasiyalarını yaratdılar. 1992-ci ilin yazında bizim respublikamız da müstəqillik əldə etdikdən sonra təbii olaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da (AFFA) yaradıldı. Ardınca bu qurum 1994-cü ildə UEFA və FİFA-ya rəsmi üzv qəbul edildi. Həmin andan futbol üzrə Azərbaycanın milli yığması və klubları beynəlxaq oyunlarda iştirak hüququ əldə etdilər. Bu barədə ilk “qaranquş” Tovuzun “Turan” komandası oldu və 1993-94-cü ildə ölkə çempionu adını qazanan Tovuz təmsilçisi ölkəmizi ilk dəfə UEFA kubokunda təmsil etmək hüququ qazandı. Təəssüf ki, təmsilçimiz hər iki oyunda İstanbulun "Fənərbağça" klubuna uduzaraq mübarizəni dayandırıb (0:5, 0:2). Qeyd edək ki, həmin dövrdə ilk dəfə avrokuboklarda çıxış etdiyimizdən və klub reytinqimizidə xal olmadığından komandamız Çempionlar Liqasından yox, UEFA kubokundan mübarizəyə başladı. Milli səviyyəsində isə ilk olaraq 1994-cı il Avropa çempionatının seçmə oyunlarında iştirak etməyə başlamışıq və Buxarestdə Rumıniya millisinə 0:3 hesabı ilə uduzuşuq.
Bütün respublika üzrə 26 komandanın iştirak etdiyi 1992-ci ilin ilk müstəqil çempionatınım isə Bakının "Neftçi" komandası qazanıb. İlk müstəqil çempionatın bombardiri 39 qolla "Xəzər" (Sumqayıt) komandasının oyunçusu Nazim Əliyev olub. Nazim 183 qolla indiyədək ölkə çempionatlarının ən yaxşı bombardiridir. Əvvəllər də Azərbaycan çempionatları ənənəvi sovet sistemi - yaz-payız üzrə keçirilib. 1993-cü ildən etibarən AFFA Avropada qəbul edilən payız-yaz sisteminə keçir. 2008-ci ilə qədər Azərbaycan çempionatı Güclülər dəstəsi adlanıb. 2008-ci ildən etibarən isə bu ad Premyer-Liqa ilə əvəzlənib. Yalnız müəyyən dönəmlərdə sponsorlardan asılı olaraq Unibank və Topaz adlanıb.