Azərbaycanın güləşçisi yarımfinalda məğlub oldu
- 09 Avq 2024 21:18
- 258
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Rekord.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb.
Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Meşvildişvili bürünc medal uğrunda Türkiyəli güləşçi Taha Akgül ilə görüşəcək.
Olimpiada avqustun 11-də başa çatacaq.