Azərbaycanın iki boksçusu finala yüksəldi
- 18 Sen 2022 13:42
- 464
Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib.
Rekord.az xəbər verir ki, 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisinin 2 üzvü finala yüksəlib.
Kənan Babayev (48 kq) hindistanlı Tali Tabanın ardınca qazaxıstanlı Uslam Seksenbayevi də məğlub edib. Avropa çempionu döyüşü yenə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. O, finalda hindistanlı Vişvanat Sureşlə üz-üzə gələcək.
Millinin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də komanda yoldaşının nailiyyətini təkrarlayıb. 1/4 finalda ukraynalı Mikita Maliutaya qalib gələn idmançı yarımfinalda qazaxıstanlı İvan Yermolenko üzərində də qələbə qazanıb – 4:1 (29:28, 28:29, 28:29, 28:29, 28:29). Əlizadə finalda ukraynalı Aleksandr Zelinski ilə döyüşəcək.
Hindistanlı Anke və fransalı Mobir Trbiçi mübarizədən kənarlaşdıran Daniel Xolostenko (71 kq) finala gedən yolda qazaxıstanlı İslam Sovetovla münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından Azərbaycan təmsilçisi bürünc medalla kifayətlənib.
Norveçli Denis Dahlla döyüşün taleyinin ilk raundda həll edən Fətəli İsmayılov (80 kq) isə yarımfinalda ukraynalı Vladislav Dudarla qarşılaşıb. Rəqib finala yüksəldiyi üçün İsmayılov bürünc medalla kifayətlənib.
Final döyüşləri bu gün baş tutacaq.