Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib
- 17 May 2024 17:17
- 283
Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib.
Rekord.az xəbər verir ki, Maqsud Xasmetov (60 kq) yarımfinalda Denis Parilovu (Rusiya) məğlub edib.
İkinci raundda tam üstünlüklə qalib gələn boksçu finalda Dilşod Abdumurodovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Ruslan Rüstəmov (63,5 kq) da həlledici görüşə vəsiqə qazanıb. O, yarımfinalda Nikita Birenkovdan (Rusiya) üstün olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov finalda Sandan Sandarovla (Rusiya) qarşılaşacaq.
Ümid Rüstəmov (57 kq) Maksim Pankova (Belarus), İlqar Salahov (67 kq) Ruslan Abdullayevə (Özbəkistan), Mirşərif Kazımzadə (75 kq) Yeqor Şapoçanskiyə (Rusiya) məğlub olduqları üçün yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, finallar mayın 18-də keçiriləcək.