Azərbaycanın iki boksçusu üçün Polşa sınağı
- 23 Sen 2024 21:30
- 215
Azərbaycanın boks millisi sabah Polşanın Keltse şəhərində Feliks Stammın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Rekord.az xəbər verir ki, yarışda məşqçi Ceyhun Abiyev 2 boksçuya şans verəcək.
Yığma üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.
Turnir 4 gün davam edəcək.