Azərbaycan Karate Federasiyasının (AKF) kata üzrə 14-17 yaşlı idmançılardan ibarət yığma komandalarının yeni baş məşqçisi müəyyənləşib.

AKF-dən Rekord.az-a verilən məlumata görə, Vüqar Kərimov baş məşqçi vəzifəsinə təyin edilib.

Anar Əhmədov isə Vüqar Kərimovun köməkçisi - böyük məşqçi vəzifəsini icra edəcək.