
Azərbaycanın millisi Nigeriyaya da məğlub oldu
- 12 Mar 2025 21:40
- 33
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi bu idman növündə inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti dəfə məğlub olub.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə Nigeriyaya 17:29 hesabı ilə uduzub.
Ötən gün baş tutan matçda Moldova Azərbaycan millisini 33:21 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, martın 13-də yığmanın rəqibi ABŞ olacaq.