Azərbaycanın şahmatçıları Budapeştdə son görüşlərini keçiriblər
- 22 Sen 2024 18:44
- 284
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün son görüşlərini keçirib.
Rekord.az xəbər verir ki, 11-ci turda Braziliya ilə üz-üzə gələn kişilərdən ibarət yığmamız 3:1 hesablı qələbə qazanıb.
Aydın Süleymanlı - Luiz Paolo Supi 0,5:0,5
Nicat Abasov - Alexander Fier 0,5:0,5
Rauf Məmmədov - Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov - Dieqo Di Berardino 1:0
Qadınlardan ibarət millimiz isə son turda yarışın favoriti Hindistanla üz-üzə gəlib və 0,5:3,5 hesabı ilə uduzub.
Harika Dronavalli - Günay Məmmədzadə 1:0
Rəmeşbabu Vaişəli - Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya - Gövhər Beydullayeva 1:0
Vantika Aqraval - Xanım Baladjayeva 1:0
Bu qələbədən sonra Hindistan qadınların yarışında 45-ci Ümumdünya Şahmat Olimpiadasını birinci pillədə başa vurub.