Azərbaycanın taekvondoçuları Türkiyə çempionatında iştirak edəcəklər
- 05 İyl 2023 18:00
- 320
Azərbaycanın gənc və yeniyetmə taekvondoçuları iyulun 6-da Ankarada start götürəcək açıq Türkiyə çempionatında iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, 4 gün davam edəcək yarışda gənclərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov 12 oğlan və 10 qız idmançıya şans verəcək.
Dayanq üzərinə Məhəmməd Həsənli (48 kq), Fuad Məhərrəmli, Bahadur Dostuyev, Aydın Süleymanov (hər üçü 51 kq), Ramil Əsədov (55 kq), Vasif Səlimov, Marat Məmmədov (hər ikisi 59 kq), Vüqar Bağırov (63 kq), Rəvan Məmmədov, Yunis Hüseynov (hər ikisi 68 kq), Elcan Əliyev, Hüseyn Xudiyev (hər ikisi 73 kq) Firəngül Abbaszadə, Səlimə Quliyeva (hər ikisi 42 kq), Selcan Ağazadə, Zemfira Həsənzadə (hər ikisi 44 kq), Seyidxanım Məmmədova (46 kq), Banu Quliyeva (49 kq), Səadət Abbasova (55 kq), Nigar Abdullayeva və Nərgiz Kazımova (hər ikisi 59 kq) çıxacaqlar.
Yeniyetmələrdən ibarət komanda çempionatda baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərliyi altında 9 oğlan və 7 qız idmançı ilə çıxış edəcək. Məşqçilər korpusu turnirdə İlknur Alimov (148 sm), Xəzər Həmidov, Nuray Sultanova, Zəhra İsayeva, Leyla Kərimova (hamısı 152 sm), Anar Abdullazadə, İlyas Hətəmli, Novruz Əliyev, Humay Dadaşova, Şəms Əlizadə (hamısı 160 sm), Əliheydər Quliyev (164 sm), Nülufər Borji, Fatimə Həsənova, Narın Həsənova (hər üçü 168 sm), Mətləb Əliyev (172 sm) və Tamerlan Yaqubovu (180 sm) sınayacaq.
Qeyd edək ki, “Taha Akgul Spor Salonu”nda keçiriləcək yarışda 1429 idmançı mübarizə aparacaq.