3x3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər.

Matc.az xəbər verir ki, bosniyalı baş məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi kişilərdən ibarət komanda A qrupunda meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığmaları ilə də üz-üzə gələcək.

Millinin heyətində Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlı yer alacaq.

Qadınlardan ibarət kollektiv isə serbiyalı mütəxəssis Ratomir Deliçin rəhbərliyi altında A qrupunda İrlandiya və Malta seçmələri ilə görüşəcək. Komandada Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanova olacaq.

Qarşılaşmalar 17-18 iyunda gerçəkləşəcək. Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabrda İsrailin Yerusəlim şəhərində baş tutacaq.