Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində mübarizəyə başlayır
- 08 İyn 2024 12:20
- 272
Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayacaqlar.
Rekord.az xəbər verir ki, Murad Məmmədov (63 kq) və Beka Kandelaki (130 kq) xalça üzərinə çıxacaqlar.
Daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.