“Azərbaycanla oyunda ən azı 1 xala layiq idik”
- 23 Okt 2019 23:40
- 795
Futzal üzrə Moldova milli komandasının baş məşqçisi Vladimir Busatı DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycanla oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Mehriban qəbula görə təşkilatçı ölkəyə təşəkkür edirəm. Sanki öz evimizdəyik. Oyuna gəldikdə, əlbəttə, nəticədən razı deyiləm. Ən azı 1 xala layiq olduğumuzu düşünürəm. Komanda şəklində pis təsir bağışlamadıq. Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə seçilən oyunçular olsa da, qapıçılarının daha inamlı çıxış etdiyini vurğulamalıyam. Futzalda qapıçı vacib amildi. Bu gün bizim qapıçının da işi az olmadı.
Məqsədimiz növbəti mərhələyə adlamaqdı. Bu mərhələdə təsadüfi komanda olmur. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik”.