UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığmasının heyətində növbəti dəyişiklik olub.

Rekord.az xəbər verir ki, "Tobol"un futbolçusu Aybar Jaksılıkov dizindəki zədə səbəbindən heyətdən çıxarılıb.

25 yaşlı hücumçunu Rusiya "Rotor"unun forvardı Aleksey Şetkin əvəzləyəcək. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.