Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib.

Rekord.az xəbər verir ki, atıcı Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən atıcılıq üzrə dünya çempionatında bürünc medal qazanıb.

Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.

Dünya çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.