Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar.

Rekord.az xəbər verir ki, onlar kişi badmintonçuların qoşa kateqoriyasında beynəlxalq turniri ikinci pillədə bitiriblər.

Mübarizəyə 1/16 finaldan başlayan cütlük İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərini məğlub edərək finala çıxıblar.

Edi-Ezmi tandemi həlledici görüşdə Tailand badmintonçularına 0:2 (19:21,18:21) hesabı ilə uduzublar.