Azərbaycanlı boksçu Tokioda hakimləri t\hqir etdi
- 02 Avq 2021 16:00
- 982
Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Tokio Yay Olimpiya Oyunlarını qalmaqalla tərk edib.
Rekord.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib.
Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.
Lakin Əliyev rinqi tərk etməkdən imtina edib və nümayişkənarə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.
Tokio-2020-də boks yarışının təşkilatçıları TASS-a deyiblər ki, Əliyev belə davranışlarına və hakimləri təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər:
"O, ciddi cəzalana və diskvalifikasiya oluna bilər. Məsələ ilə bağlı qərar yaxın vaxtlarda qəbul olunacaq".