
Azərbaycanlı cüdoçu beynəlxalq yarışın qalibi oldu
- 23 Mar 2025 00:12
- 84
Azərbaycan cüdoçusu Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kubokunun qalibi olub.
Rekord.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.