Azərbaycanlı cüdoçulardan ÇL-də gümüş medal
- 26 Noy 2022 21:11
- 486
Azərbaycan cüdoçuları Rüstəm Orucov və Səid Mollayinin yer aldığı Serbiyanın “Srvena Zvezda” klubu Gürcüstanın Qori şəhərində keçirilən klublar arasında Avropa Çempionlar Liqasında final görüşünə çıxıb.
Rekord.az xəbər verir ki, kollektiv həlledici mərhələdə Gürcüstanın “Fighter” klubu ilə qarşılaşıb.
Görüş gürcülərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvlərindən Rüstəm Orucov (73 kq) qələbə qazanıb, Səid Mollayi (81 kq) məğlub olub.
Beləliklə, cüdoçularımız yarışın gümüş mükafatına sahib çıxıblar.
Qeyd edək ki, kişilərin yarışında 8 klub mübarizə aparıb.