
Azərbaycanlı döyüşçü nokautla qələbə qazandı
- 18 Mar 2025 11:22
- 61
Azərbaycanlı qaydasız döyüşçü Turan Əhmədov (70 kq) MMA üzrə “Fighting Entertainment Association” beynəlxalq turnirində növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, o, Moldovanın Kişinauda keçirilən döyüşdə Sergey Çeleslə qarşılaşıb.
Təmsilçimiz görüşün ikinci raundunda rəqibini nokauta göndərib.