17 yaşadək futbolçulardan ibarət millinin üzvü Məsud Əlişanlı karyerasını İtaliyada davam etdirəcək. “Rekord.az” xəbər verir ki, o “Peruca”nın müvafiq aşağı yaş qrupunda oynamaq şansı qazanıb.

Azərbaycanda EFA-nın (Europian Football Academy) şərəfini qorumuş futbolçu İtaliyada həm də “Kembric” məktəbində təhsilini davam etdirəcək. Bu, EFA-İSM əməkdaşlığı sayəsində mümkün olub və keçid də bu əməkdaşlıq çərçivəsində mümkün olub. EFA-nın (Europian Football Academy) direktoru və baş məşqçisi Vüsal Mustafayevun verdiyi məlumata görə, Məsudun 18 yaşı tamam olandan sonra “Peruca”nın əsas heyətinə qoşulmaq şansı yaranacaq.