Azərbaycanlı futbolçu Tailandın 3-cü liqa klubunda
- 29 Yan 2020 19:00
- 974
“Keşlə”nin sabiq futbolçusu Məmməd Quliyev karyerasını Tailandda davam etdirəcək.
Rekord.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Kamhenqphet”ə transfer olunub.
Bu barədə klubun “Facebook”dakı rəsmi səhifəsi məlumat yayıb. Quliyev, 3-cü liqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
2016-2018-ci illərdə “Keşlə”də forma geyinən Məmmədin son klubu “Şüvəlan” olub.