Azərbaycanlı futbolçular üçün iki aylıq karantin
- 01 Apr 2020 16:35
- 648
Rusiyanın “Ufa” klubu bütün futbolçularını mayın 30-na qədər ev karantininə göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Ufa” rəhbərliyi bir müddət əvvəl komandanın yarımmüdafiəçisi Olivye Tillin koronavirusa yoluxduğu şübhəsiylə bütün futbolçuları aprelin 2-nə qədər ev karantininə göndərmişdi.
“Ufa”da azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyev forma geyinir.
Rusiya Premyer Liqası koronavirus pandemiyası səbəbiylə aprelin 10-na qədər dayandırılıb.