Azərbaycanlı futbolçular üçün yeni baş məşqçi
- 2024-09-17 23:17
- 85
Azərbaycan millisinin üzvü Renat Dadaşovla Həsən Nəzərovun çıxış etdiyi Türkiyə 1-ci Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kenan Koçak çalışdıracaq.
Yerli mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
O, daha əvvəl Türkiyə millisində köməkçi məşqçi funksiyasını yerinə yetirib. 43 yaşlı çalışdırıcı bu postda Cihat Arslanı əvəzləyib.