Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə 3 “qızıl”, 1 “gümüş” qazanıb.

Rekord.az xəbər verir ki, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci olub.

Mahsudova böyüklər, Hüseynova 11-12 yaşlılar, Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata sahib çıxıb.

Eyni zamanda, Azərbaycan millisi Avropa Gimnastikasının təşkilatçılığı ilə “inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.