Azərbaycanlı hakim Bosniya və Herseqovina - Niderland matçını idarə etdi
- 20 Noy 2024 13:40
- 59
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA Millətlər Liqası oyununu idarə edib.
Rekord.az xəbər verir ki, o, A Liqasının 3-cü qrupu çərçivəsində 6-cı turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olub.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.
1:1 hesabı ilə başa çatan matçda Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərib. O, matçın 76-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçə rəsmi xəbərdarlıq edib.