Azərbaycanlı hakim Konfrans Liqasının pley-off matçına təyinat aldı
- 16 Avq 2024 17:00
- 211
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) - “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu matçda VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.