Azərbaycanlı hakim və həkim Tokio-2020-yə dəvət aldı
- 22 İyl 2021 17:31
- 790
Beynəlxalq Olimpiya Komitəsi (BOK) azərbaycanlı hakim və həkimə etimad göstərib.
Rekord.az xəbər verir ki, BOK 2 həmyerlimizi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib.
İyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək boks yarışlarında ədaləti qoruyacaq referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq.
Olimpiadanın boks yarışlarında isə Leyla Nəsirova həkim kimi çalışacaq.
Qeyd edək ki, yığmamız Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Ölkəmizin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.