Azərbaycanlı hakimin kateqoriyası yüksəldi
- 01 Noy 2022 15:30
- 480
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.
Rekord.az xəbər verir ki, referi buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının (IOC) imtahanında nail olub.
Acalova 27-29 oktyabrda böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edib. O, həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.
Cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.