Azərbaycanlı hakimlər Avropa Liqasının 1/4 final oyununa təyinat aldılar
- 22 Mar 2024 19:00
- 270
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.
Rekord.az xəbər verir ki, onlar qadınlar arasında Avropa Liqasının 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Rumıniyanın “Dunarea Braila” və Xovatiyanın “Podravka Vegeta” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək. Qarşılaşma martın 24-də Buzeu şəhərindəki “Romeo Yamandi” zalında təşkil olunacaq.
Qeyd edək ki, komandalar arasında Xorvatiyada baş tutan ilk oyunda “ Dunarea Braila” 32:26 hesablı qələbə qazanıb.