Azərbaycanın cüdo hakimləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışları idarə ediblər.

Rekord.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və B kateqoriyasına malik Ülvi Əliyev Latviyanın paytaxtı Riqada təşkil edilən böyüklər arasında Avropa Kubokunda fəaliyyət göstəriblər.

A kateqoriyalı referi Fariz Hüseynov isə Xorvatiyanın Poreç şəhərində baş tutan yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb.