Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər

Rekord.az xəbər verir ki, onlar qadın həndbolçuların Avropa kuboku turnirinin ikinci mərhələ matçına təyinat alıblar.

Söhbət sentyabrın 23-də Türkiyənin Bodrum şəhərində keçiriləcək “Armada Praksis Yalıkavaspor” –“ADA do Sao Pedro Sul” görüşündən gedir.

Türkiyə və Portuqaliya təmsilçilərinin oyunu “Binnaz Karakaya İdman arenası”nda təşkil olunacaq.