Azərbaycanlı hakimlərə beynəlxalq təyinat
- 25 Noy 2024 21:40
- 27
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.
Rekord.az xəbər verir ki, təcrübəli referilər kişi həndbolçuların EHF Avropa Kubokunun üçüncü mərhələsinin “Vardar” (Şimali Makedoniya) - “Melzungen” (Almaniya) matçında ədaləti qoruyacaqlar.
Görüş noyabrın 26-da Şimali Makedoniyanın paytaxtı Skopyedəki "Yane Sandanski" arenasında keçiriləcək.