Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.


Rekord.az xəbər verir ki, onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.


H.Qafarlı birinci. Ə.Cəbrayılov ikinci, K.Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.