Azərbaycanlı hakimlərin dərəcələri artırıldı
- 17 İyn 2022 15:15
- 496
Avropa Hakimlər Komitəsinin (EKF) nəzəri və praktiki dərslərinə qatılan müxtəlif dərəcəli azərbaycanlı hakimlər imtahandan uğurla keçərək səviyyələrini artırıb.
Rekord.az xəbər verir ki, Şahin Xudaverdiyev, Rənad Əliyev və Mayis Mədətov beynəlxalq dərəcələrini artırmağa, Mir-Cabbar Seyidov, Akif Kərimov və Mehman Mədətov isə beynəlxalq dərəcə almağa müvəffəq olub.
Şahin Xudaverdiyev kumite üzrə B dərəcə, Rənad Əliyev kumite üzrə B dərəcə, kata üzrə A dərəcə, Mayis Mədətov kata üzrə A dərəcə, Mir-Cabbar Seyidov kata üzrə B dərəcə, Akif Kərimov kata və kumite üzrə B dərəcə, Mehman Mədətov isə kumite üzrə B dərəcəsi aldı.
Səviyyələrini artıran altı hakimin hər biri 17-19 iyunda Praqda Gənclər və yeniyetmələrin Avropa çempionatını idarə edəcək.