Azərbaycanlı hücumçu Braziliyada Covid-19-a yoluxdu
- 16 Noy 2020 10:54
- 847
Braziliya çempionatında çıxış edən voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova Covid-19 testi verib. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuzun testinin nəticəsi pozitiv çıxıb.
"Sesi" klubunun şərəfini qoruyan və bu komandanın aparıcı oyunçularından olan Rəhimova xoşbəxtlikdən koronavirusu simptomsuz keçirir.
Voleybolçumuza Allahdan şəfa diləyirik.