Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha bir azərbaycanlı idmançını cəzalandırıb.

Rekord.az xəbər verir ki, orqanizmində istifadəsi qadağan olunmuş preparat aşkarlanan ağırlıqqaldıranımız Hüseyn İsmayılov diskvalifikasiyaya məruz qalıb.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytı məlumat yayıb. Xəbərdə 94 kq çəki dərəcəsində çıxış etmiş idmançımızın 4 il müddətinə diskvalifikasiya olunduğu diqqətə çatdırılıb.

Orqanizmində testosteron maddəsi tapılan 21 yaşlı atletin cəzası 2018-ci il iyunun 11-dən qüvvəyə minib.