Azərbaycanlı karateçi Bakıdakı yarışda niyə iştirak edə bilməyib?
- 06 Sen 2022 16:45
- 403
Azərbaycanlı karateçi Fəridə Əliyevanın Bakıda keçirilmiş Premyer Liqa yarışında iştirak etməməsinin səbəbi bilinib.
Rekord.az xəbər verir ki, 68 kq-dan yuxarı çəkidə çıxış etməli olan idmançının çəkisi qaydasında olmayıb.
İdmançı yarışdan əvvəl xəstələndiyindən, çəkisi 68 kq-dan aşağı olub. WKF (Ümumdünya Karate Federasiyası) isə onun yarışda iştirak etməsinə icazə verməyib.
Qeyd edək ki, bu çəkidə Ayaka Saito (Yaponiya) Anastasiya Stepaşkoya (Ukrayna) 4:1 hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə Premyer Liqa titulunu qazanıb.
Xatırladaq ki, ilk dəfə Bakıda keçirilmiş Premyer Liqa yarışında Azərbaycan tarixi nailiyyətə imza atıb. 3 qızıl və 3 bürünc medal qazanan Azərbaycan medal sıralamasında yalnız karatenin yaradıcısı Yaponiyadan geri qalıb.