Azərbaycanlı məşqçi yenidən İndoneziya klubunu çalışdıracaq
- 05 May 2022 10:53
- 568
Azərbaycanın voleybol məşqçisi Ziya Rəcəbov yenidən ölkə xaricində çalışacaq. "Rekord.az" xəbər verir ki, 40 yaşlı təcrübəli mütəxəssis 2022/23 illər mövsümü üçün İndoneziyanın "Cakarta Elektrik PLN" klubu ilə razılığa gəlib.
Bakının "Rabitə", "Telekom", "Azəryol" klubları, eləcə də kişilərdən ibarət millimizi çalışdıran mütəxəssis İndoneziyada noyabrda iş başında olacaq.
Xatırladaq ki, bu, Ziya Rəcəbovun İndoneziyada ilk i yeri deyil. O, iki il əvvəl "Cakarta Pertamina Enerji" klubunun baş məqşçisi olub. Həmyerlimiz bu komandanı İndoneziya çempionu edib və həmin mövsümün ən yaxşı məşqçisi adına layiq görülüb.