Karyerasını Polşa 4-cü liqasında “Sokol”da davam etdirən Şahin Zəkiyev klubunu dəyişə bilər.

Rekord.az xəbər verir ki, sportal.az saytına bu barədə azərbaycanlı qolkiper özü məlumat verib. O, “Bruk-Bet Termalika” ilə danışıq apardıqlarını bildirib.

​Danışıqlar müsbət yekunlaşacağı təqdirdə, Zəkiyev əsas komandası yüksək liqada çıxış edən “Bruk-Bet Termalika”nın öncə ikinci komandasında çıxış edəcək. Sonradan isə onun əsas komandaya yüksəlmək şansı olacaq.