Beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) yeni təyinat alıblar.

Rekord.az xəbər verir ki, təcrübəli referilər qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti təmsil edəcəklər.

Söhbət Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşdən gedir.

Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.