Azərbaycanlı qrossmeysterə FİDE-də yeni vəzifə verildi
- 18 Fev 2021 17:40
- 995
Beynəlxalq Şahmat Federasiyası (FİDE) Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimovaya yeni vəzifə verib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Veteran qrossmeyster Tədbirlər Komissiyasının katibi təyin olunub.
Yeniyetmələr arasında ikiqat dünya çempionu (1992 - 1993) olmuş Qədimova bunadək FİDE-nin Qadın Şahmatı Komissiyasında analoji postu tutub. O, 1994-cü ildə beynəlxalq qrossmeyster adını alıb.
Qeyd edək ki, İlahə Qədimovanın yeni işə başlamasından sonra boş qalmış vəzifəni ingiltərəli Kristel Yager Hafştad tutub.