Azərbaycanlı şahmatçı İspaniyada birinci oldu
- 08 Dek 2022 19:00
- 452
Azərbaycan şahmatçısı Eltac Səfərli İspaniyada açıq turnir çərçivəsində keçirilən blits yarışında uğurla çıxış edib.
Rekord.az xəbər verir ki, 30 yaşlı qrossmeyster 9 turda 7,5 xal toplayaraq birinci yeri tutub.
Səfərli yarışın güclü A turnirində mübarizəsini davam etdirir. Səkkiz turdan sonra o, 6 xalla üçüncü yerdədir. Son turda şahmatçımız yarım xal geri qaldığı lider Tin Jingyao (Sinqapur) ilə üz-üzə gələcək.