Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı qızıl medal qazanıb.

Rekord.az xəbər verir ki, 33 kq çəki dərəcəsində yarışan 14 yaşlı idmançı 14 yaşlı taekvondoçu ardıcıl olaraq Levi Qavası (Kanada), Dieqo Qerubini (Avstraliya), Conatan Haimi (İsrail) və Nelson Dedeqbeni (Fransa) məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda Maksim Kravçenkoya (Moldova) qalib gələn idmançımız adını finala yazdırıb. Həlledici görüşdə isə o, Özbəkistan idmançısı Dilmurad Marufcanova hər iki raundda qalib gəlməklə dünya çempionu olub.

31 iyulda başa çatacaq yarışda bu gün Mehdi Budaqlıdan başqa, İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq), Firəngül Abbaszadə (41 kq) və Şəms Əlizadə (47 kq) də mübarizə aparıb. Lakin onlar medalçılar sırasına düşə bilməyiblər. Azərbaycan taekvondoçuları ilk yarış günündə də uğur qazana bilməmişdilər.