Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Manavgat Side Junior” yarışı start götürüb.

Rekord.az xəbər verir ki, 10 ölkədən 16 komandanın tərkibində 86 velosipedçinin mübarizə apardığı turnirin 1-ci günündə iştirakçılar fərdi ötüşmə növündə bacarıqlarını nümayiş etdiriblər.

Yarışda iştirak edən gənclər yığmamızın lideri Kamran Mirzəxanov 6,3 km məsafəni 8 dəqiqə, 36 saniyəyə qət etməklə 1-ci mərhələni 9-cu sırada başa vurub. Velosipedçimiz ilk yarış gününün qalibi, Belçikanın “Cannibal” klubunun ABŞ-dan olan üzvü Artyom Şmitdən 31 saniyə geri qalıb.

2-ci yarış günündə velosipedçilər 107 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar.