Ölkəmizi qadın voleybolçular arasında avrokubokda təmsil edən "Azərreyl" klubu sabah ilk oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"da mübarizə aparan komandamız 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın "Slavia Bratislava" klubu ilə üz-üzə gələcək.

Tərəflərin qarşılıqlı razılaşmasına əsasən hər iki oyun Bakıda baş tutacaq. Cütün ilk görrüşü isə noyabrın 29-da keçiriləcək. Həmin oyuna ev sahibliyini "Azərreyl" edəcək. Noyabrın 30-da baş tutacaq ikinci qarşılaşmanın ev sahibi isə qonaq komanda olacaq.

Hər iki oyun Voleybol Mərkəzində baş tutacaq. Qarşılaşmaların start fiti saat 18:00-da çalınacaq.

Challenge Cup

1/32 final

29 noyabr

   "Azərreyl" - "Slavia Bratislava"

 

Cavab oyunu  

30 noyabr

   "Slavia Bratislava" - "Azərreyl"