“Azərreyl”in masajçısı polis tərəfindən saxlanıldı və məhkəməyə verildi
- 18 Fev 2021 14:43
- 776
Koronavirusa yoluxan “Azərreyl” voleybol klubunun masajçısı Natalya Litovçenko yaşadığı evi qanunsuz tərk etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
Rekord.az-ın unikal.org-a istinadən məlumatına görə, o, karantinin 12-ci günündə Qaradağ Rayon Lökbatan qəsəbəsində polisin nəzarətinə götürülüb.
Litovçenko Natalya İqoryevna barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi açılıb.
Onun haqqında olan cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 3-nə təyin edilib.