"Sumqayıt" klubunun başı dərddədir.

 

Rekord.az xəbər verir ki, klubun "Azərsu"ya 20 min manata yaxın borcu var.

 

Bu borc illərlə yığılan borcdur. Artıq iş o həddə çatıb ki, sözügedən qurum komandanın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın suyunu kəsib. Su borularını da "plomblayıb". İş bununla da yekunlaşmır. Əldə etdiyimiz məlumata görə, "Azərsu" borcun tam ödənməsi üçün "Sumqayıt"a 1 həftə vaxt verib. Əks halda, məhkəməyə müraciət olunacaq.