Payız çağırışına həsr edilmiş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə çağırışaqədər və çağırışyaşlı gənclər arasında muxtar respublika birinciliyinin Babək rayonu üzrə mərhələ yarışı keçirilib.

Rekord.az xəbər verir ki, 8 komandadan 40 məktəblinin qatıldığı yarışda iştirakçılar 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma, turnikdə dartınma üzrə bacarıqlarını nümayiş etdiriblər.

Payız kənd tam orta məktəbin komandası yarışın qalibi olub və muxtar respublika üzrə final mərhələsində iştirak hüququ əldə edib. Babək şəhər 1 nömrəli tam orta məktəbin komandası ikinci, Qahab kənd tam orta məktəbinin komandası isə üçüncü olub.