Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında badminton idman növü üzrə Qusar rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, sektorunun əməkdaşları və məşqçi-müəllimlər iştirak etmişdir.

Yarışda müxtəlif yaş gurupları üzrə 30 nəfər idmançı iştirak edib.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə mükafatlandırılmışlar.